Geyimlərin üzərində olan işarələrin mənası
Paylaşımda geyimlərinizin rənginin və keyfiyyətinin necə qorunmalı olduğu öyrədiləcək
Ayaqqabını düzgün şəkildə necə təmizləmək olacağını öyrənə bilərsiniz
Geyimlərin etiketlərindəki rəsmlərin mənası
Geyimlərin etiketlərində istifadə edilən etiketlər alıcı tərəfindən diqqətə alınmasa da bu işarələr vacibdir
  • Əllə yumaq
  • 30 dərəcəyə kimi temperaturda yumaq
  • 110 dərəcəyə kimi temperaturda ütüləmək
  • Yalnız yumşaq ağardıcılar
  • Qurutma rejimində qurutmaq olmaz
  • Ağardıcı istifadə etmək olmaz
  • Ütüləmək olmaz
  • Kimyəvi təmizləmə olmaz
  • Orta temperaturda qurutmaq
  • Qurutmaq və sıxmaq olar
  • Quru təmizləmə
  • Ağardıcı vasitə istidadə etmək olar
Murad:
Mən geyimin üstündə olan işarələr ilə yumasam olar ?
Xcross help:
Bəli əlbətdə.Geyim sizindir.İstədiyiniz kimi yuya bilərsiniz.Amma etiketdə qeyd olunduğu kimi deyil siz istədiyiniz üsulla yusanız sevimli geyiminizin rənginin solması,ölçüsünün böyüməsi və ya kiçilməsinə və parçasının keyfiyyətinin itməsinə gətirə bilər.Geyiminizin sizə uzun müddət xidmət etməsi üçün düzgün yuma qaydalarına riayət edin.
Geyimləri düzgün şəkildə necə yumalı
Aşağıdakı qaydalara riayət edərək geyimlərinizin ömrünü uzada bilərsiniz.
  • Etiketə diqqət edin
    Geyimlərin üzərində olan etiketə diqqət edin.Etiketdə qeyd olunan qaydalara düzgün riayət edin.Geyimlərinizi tərs üzünə çevirərək paltaryuyana yerləşdirin.
  • Çox isti suda yumayın
    Geyimlərinizi çox qaynar suda yumaq liflərin boşalmasına və geyimin rənglərinin açılmasına gətirib çıxara bilər.
  • Həddən artıq yuyucu vasitə əlavə etməyin
    Həddən artıq kondisioner və yuyucu vasitə əlavə etmək paltarın parçasına ziyan verir və rəngini soldura bilər.Həddən artıq kondisioner əlavə edilərsə ola bilər ki,parçanın üzərində toplu məhluldan qalsın və bu da allerqiyaya və qıcıqlanmaya gətirə bilər.
  • Paltarı düzgün şəkildə necə qurutmalı ?
    Geyimlərinizi heç vaxt qızdırıcının üzərində qurutmayın.Bu geyimin materialına mənfi təsir göstərir.Geyimləri açıq havada qurutmağa çalışın amma gün şüaları geyimin rənginin açılmasına səbəb olduğu üçün geyimi tərs üzünə çevirərək qurutmağa çalışın.Geyimləri açıq gün şüası altında uzun müddəq saxlamayın.
Ayaqqabını paltaryuyanda yumaq olar ?

Paltaryuyanda ayaqqabıların yuyulması məsləhət görülmür amma
yumağı qərara almısınızsa aşağıdakı məsləhətlərə riayət edə bilərsiniz
Yalnız parça üstlüklü ayaqqabıların paltaryuyanda yuyulmasına məsləhətdir.
Ayaqqabı içliklərini və ayaqqabı bağlarını çıxarın.Onları ayaqqabı ilə eyni vaxtda yuya bilərsiniz amma paltaryuyanın barabanına ayrı ayrılıqda yerləşdirməlisiniz.
Ayaqqabı barabanın divarlarına möhkəm dəyməsin deyə çalışın ayaqqabı ilə birlikdə barabana köhnə parça dəsmal və yaxud nəsə yumşaq bir şey yerləşdirəsiniz.
Ayaqqabını zərif yuma rejimində 30 dərəcədə yuyun.Sıxma və qurutma rejimini söndürün.
Ayaqqabıya ləkə düşüb necə çıxarım ?
Videoda istifadə edilən yuyucu vasitələrdən istifadə vacib deyil.Videodakı yuyucu vasitələri vanishlə əvəz edə bilərsiniz.Diqqət edin ki,parça üstlüklü ayaqqabıları yuyarkən fırçanı yumşaq iplikli olanı seçin.Sərt iplikli fırça parça ayaqqabını lifləyə və ayaqqabınızın parçasını zədələyə bilər.
Ayaqqabı təmizləmə